Ermənistan-ABŞ “Qartal Tərəfdaşlığı 2026” təlimi rəsmi olaraq başlayıb

2026/06/1781700805.jpg
Oxunub: 177     16:48     17 İyun 2026    
Ermənistan və ABŞ arasında keçirilən “Qartal Tərəfdaşlığı 2026” birgə hərbi təlimi rəsmi olaraq başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, təlim 2026-cı il iyunun 17-dən 25-dək Ermənistan ərazisində keçiriləcək.

Səfirlik bildirib ki, bu, Ermənistan və ABŞ arasında uzunmüddətli müdafiə əməkdaşlığına əsaslanan sayca dördüncü illik təlimdir və beynəlxalq sülhməramlı missiyalara hazırlığın gücləndirilməsinə xidmət edir.

Bu il təlim iştirakçılarının sayı və coğrafiyası genişləndirilib. Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının hərbçiləri və Kanzas Milli Qvardiyası ilə yanaşı, Fransa və Yunanıstan silahlı qüvvələrinin nümayəndələri də təlimlərə qatılırlar.

Bildirilib ki, birgə çoxtərəfli məşqlər vasitəsilə “Qartal Tərəfdaşlığı 2026” təlimi qarşılıqlı fəaliyyət səviyyəsini artırır, qabaqcıl təcrübə mübadiləsini təşviq edir və sülhməramlıların hazırlığını gücləndirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Təlim  


Bizi "telegram"da izləyin