WSJ: “General Motors” “Lockheed Martin”in müdafiə məhsulları üçün komponentlər istehsal edə bilər

2026/06/1781629918.jpg
Oxunub: 230     21:12     16 İyun 2026    
“General Motors” avtomobil konserni “Lockheed Martin” ilə müdafiə sənayesi məhsulları üçün komponentlərin mümkün istehsalına dair danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ehtimal olunan razılaşma çərçivəsində “General Motors” geniş istifadə olunan komponentlərin istehsalını həyata keçirə bilər ki, bu da “Lockheed Martin”ə sursat istehsalını artırmağa kömək edəcək.

Mənbələr bildiriblər ki, tərəflər hazırda “General Motors”un konkret olaraq hansı komponentləri istehsal edə biləcəyini müzakirə edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: General-Motors   Lockheed-Martin  


Bizi "telegram"da izləyin