Ordu.az-ın məlumatına görə, bu barədə Böyük Britaniya Milli Cinayətkarlıq Agentliyinin (NCA) açıqlamasında bildirilir.
Agentliyin məlumatına görə, gəminin Rusiyanın "kölgə donanmasına" məxsus olduğu iddia edilir.
38 yaşlı Hindistan vətəndaşı Adjay Pant Rusiyaya qarşı sanksiyaları, xüsusən də 2026-cı ilin iyun ayı ərzində qadağan olunmuş Rusiya nefti və ya neft məhsullarının dəniz yolu ilə üçüncü ölkəyə birbaşa və ya dolayı yolu ilə tədarükü və ya daşınmasını pozmaqda ittiham olunur.
Həmçinin qeyd olunur ki, kapitan iyunun 16-da Sauthempton Magistrat Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında Böyük Britaniyanın sanksiya siyahısına salınan 243 metrlik gəmi ölkənin cənub-qərbindəki Dorset sahillərində, İngilis Kanalındakı Portland Adası yaxınlığında lövbər salıb. Gəmidə Hindistan və Gürcüstan vətəndaşın olan 24 heyət üzvü qalıb.
Ordu.az