Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə bildirib.
"Bu (İranla münaqişənin nizamlanması – red.) başa çatdıqdan sonra, diqqətimizi buna (Ukrayna-Rusiya sülh prosesi – red.) cəmləyəcəyik. Baxaq görək, buna (Rusiya-Ukrayna müharibəsinin başa çatmasına - red.) nail ola biləcəyikmi", - Amerika lideri bildirib.
Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını "Böyük Yeddilik" (G7) ölkələri ilə müzakirə etmək niyyətindədir. O, Rusiya və Ukrayna prezidentləri ilə iyunun 14-də baş tutan telefon danışıqlarını yüksək qiymətləndirib. "Dünən çox yaxşı iki söhbət olub. Biz bu barədə G7 sammitində danışacağıq", - o əlavə edib.
Ordu.az