Ordu.az xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
"Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı şərqdəki Odişa ştatında yerləşən Çandipur raket poliqonunda LRLACM-nin uğurlu sınaqlarını keçirib. Uçuş zamanı raketin xüsusiyyətləri radarlar, elektro-optik sistemlər və telemetriya vasitəsilə izlənilib ki, bu da onun səmərəliliyinin dəqiq monitorinqini təmin edib", - bəyanatda deyilir.
Qeyd olunur ki, LRLACM aşağı hündürlükdə səsdən aşağı sürətlə uçuş həyata keçirir və Amerikanın "Tomahawk" raketinin analoqudur. Raket quru və hərbi dəniz qüvvələrinin təchizatı üçün nəzərdə tutulub. Maksimum 1 500 km uçuş məsafəli raket 300 kq çəkisi olan nüvə və ya qəlpəli-fuqas döyüş başlığı daşıya bilir.
Ordu.az