Ordu.az xəbər verir ki, İsrail ordusunun açıqlamasına əsasən, hücumlar təşkilatın raket buraxılış mövqelərinə, hərbi təyinatlı binalarına, silah anbarlarına və digər infrastruktur obyektlərinə yönəlib.
SAXAL həmçinin bildirib ki, həyata keçirilən quru əməliyyatları zamanı İsrail qüvvələrinə hücumlarda iştirak etdiyi iddia edilən “Hizbullah”ın bir neçə üzvü məhv edilib.
Açıqlamada raket buraxılış qurğularının və müxtəlif hərbi obyektlərin də sıradan çıxarıldığı qeyd olunub.
Daha əvvəl yayılan məlumatlarda Livanın cənubunda həyata keçirilən son zərbələr nəticəsində azı beş nəfərin öldüyü, bir livanlı hərbçinin isə yaralandığı bildirilmişdi.
İsrail ilə “Hizbullah” arasında döyüşlər və qarşılıqlı hücumlar sərhədyanı bölgələrdə vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda davam edir.
Sevinc Əliyeva
Ordu.az