İsrail Prezidenti Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

2025/06/1750397391.jpg
Oxunub: 197     12:49     14 İyun 2026    
İsrail Prezidenti İsxak Hersoq ABŞ Prezidenti Donald Trampın 80 illik yubileyi münasibətilə təbrik mesajı yayıb və ona İsrailə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Ordu.az xəbər verir ki, bu barədə Hersoq “X” sosial şəbəkəsində paylaşım edib.

İsrail lideri bildirib ki, ölkə xalqı Trampın liderliyinə və regional təhlükəsizlik məsələlərində nümayiş etdirdiyi mövqeyə görə ona minnətdardır.

“İsrail xalqı İranın şər imperiyasına qarşı mübarizədə göstərdiyiniz liderliyə, eləcə də İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyinizə görə sizə minnətdardır”, - deyə Hersoq yazıb.

O əlavə edib ki, “Ağ Evə aparan diqqətəlayiq yolunuz Amerika arzularının genişliyini əks etdirir”. Hersoq Trampa israilli girovların azad olunması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.

İsrail Prezidenti ümid etdiyini bildirib ki, Tramp Yaxın Şərqdə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin ABŞ ilə İsrail arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ  


Bizi "telegram"da izləyin