Tehran İran-ABŞ danışıqları ilə bağlı iddiaları təkzib edib

2026/04/1777437793.jpg
Oxunub: 191     19:25     11 İyun 2026    
İranda danışıqlar qrupuna yaxın mənbə CNN telekanalının İran və ABŞ arasında yeni danışıqların aparılması ilə bağlı iddiasını təkzib edib.

Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

Mənbənin sözlərinə görə, İran İslam Respublikası danışıqlar prosesində bəyan etdiyi mövqelərə və qırmızı xətlərə sadiq qalır, əsas tələblərindən geri çəkilmək niyyətində deyil.

Bildirilib ki, İran tərəfinin daha əvvəl vurğuladığı mətn hələ də Tehranın mövqeyinin əsasını təşkil edir. Danışıqlar qrupu hesab edir ki, sonda ABŞ tərəfi həmin mətnin əsas çərçivəsini qəbul etməyə məcbur olacaq.

Məlumata görə, İrana qarşı təzyiqlərin artmasının əsas səbəbi də məhz Tehranın danışıqlardakı mövqeyinə sadiq qalmasıdır.

Qeyd olunub ki, İranın təqdim etdiyi mətn indiyədək ABŞ tərəfindən tam şəkildə qəbul edilməyib. Bunun səbəbi isə sənədin İranın maraq və tələblərini əks etdirməsi və yekun razılaşmanın əldə olunmasına mane olan əsas amillərdən biri hesab edilməsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   ABŞ   İran  


Bizi "telegram"da izləyin