Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ daha əvvəl də digər ölkələrin siyasi liderlərinə açıq şəkildə dəstək göstərib və buna görə hazırkı vəziyyətdə qeyri-adi heç nə yoxdur.
Uşakov qeyd edib ki, amerikalılar vaxtilə Macarıstanın keçmiş rəhbərinə də oxşar şəkildə yardım göstəriblər.
O, bu fikirləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində səsləndirib. Forum iyunun 3-dən 6-dək davam edib.
Alpər Mövludoğlu
Ordu.az