NASA astronavtlara mümkün təxliyəyə hazırlaşmağı tapşırıb

2026/06/1780679270.jpg
Oxunub: 218     21:00     05 İyun 2026    
NASA Beynəlxalq Kosmik Stansiyada olan astronavtlara mümkün fövqəladə təxliyəyə hazır olmaları barədə göstəriş verib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, stansiyanın Rusiya seqmentində güclənən hava sızmasının aradan qaldırılması istiqamətində işlər aparılır. Bu səbəbdən NASA təhlükəsizlik tədbirlərini gücləndirib.

NASA nümayəndəsinin sözlərinə görə, stansiyada olan 12-ci ekipajın dörd üzvü, iki amerikalı, bir fransalı və bir rusiyalı astronavt Uçuşların İdarəetmə Mərkəzindən xüsusi göstəriş alıb.

Astronavtlara stansiyaya birləşdirilmiş “Crew Dragon” kosmik gəmisinə keçmək və mümkün təxliyə ehtimalına qarşı skafandrlarını geyinmək tapşırılıb.

NASA vəziyyəti nəzarətdə saxladığını və təhlükəsizlik tədbirlərinin profilaktik xarakter daşıdığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   BKS  


Bizi "telegram"da izləyin