Ordu.az-ın xəbərinə görə, P.Madyar bu barədə feysbukdakı hesabında yazıb.
"Sabah (bu gün-red) NATO-nun baş katibi və Belçikanın Baş naziri ilə, cümə günü isə Brüsseldə Avropa Komissiyasının sədri ilə görüşəcəyəm. Hər kəs Aİ-dən trilyonlarla forintin alınması üçün çalışır", - o yazıb.
O, daha əvvəl pandemiyadan sonra Brüsselin dondurduğu Aİ-nin Bərpa Fondundan Macarıstana borclu olan 10,4 milyard avronun alınması ilə bağlı bu həftə Avropa Komissiyası ilə razılığa gələcəyini gözlədiyini bildirib. Madyar xatırladıb ki, bu vəsaitləri almaq üçün yeni Macarıstan hökuməti Avropa Komissiyasının tələblərini, o cümlədən demokratiyanın gücləndirilməsi, qanunun aliliyinin bərpası və korrupsiyaya qarşı mübarizəni yerinə yetirməlidir.
Ordu.az