Rubio: “İranla münasibətlərdə diplomatiya həmişə prioritet olaraq qalır”

2026/05/1779907282.jpg
Oxunub: 360     22:36     27 May 2026    
ABŞ dövlət katibi Marko Rubio İranla aparılan danışıqlarda müəyyən irəliləyişin müşahidə olunduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Danışıqlar prosesinin gedişi ilə bağlı suala cavab verən Rubio qeyd edib ki, onun fikrincə, Tehranla müzakirələrdə “müəyyən irəliləyiş” əldə olunub.

O bildirib ki, “qarşıdakı bir neçə saat və gün ərzində” daha konkret məlumatlar ortaya çıxacaq.

Donald Trampın yanında çıxış edən ABŞ diplomatiyasının rəhbəri vurğulayıb ki, danışıqlar Vaşinqtonun istədiyi nəticəni verməyəcəyi halda prezidentin “başqa variantları” da mövcuddur.

Bununla belə, Rubio administrasiyanın prioritetinin sülh yolu ilə həll olduğunu qeyd edib.

“Biz danışıqlar və diplomatik yolu üstün tuturuq və onun uğur qazanması üçün bütün imkanları yaratmaq niyyətindəyik”, - deyə Rubio əlavə edib.

Tramp isə zarafatla bildirib ki, Rubio son günlər “çox tələb olunan şəxsə” çevrilib və səfərlər arasında sözün əsl mənasında parçalanırdı.

Qeyd olunub ki, dövlət katibi yalnız ötən axşam İsveç və Hindistana səfərləri əhatə edən beşgünlük xarici turunu başa vuraraq ABŞ-yə qayıdıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   İran  


Bizi "telegram"da izləyin