Ordu.az xəbər verir ki, bu barədə “News.am” nəşri məlumat yayıb.
Məlumata görə, ev dustaqlığında olan Spartak Qukasyan dünən 3 ay müddətinə həbs edilib.
Qeyd olunub ki, Spartak Qukasyanın barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə gələn ay baxılmalı idi, lakin prokurorluq növbədənkənar məhkəmə iclasının keçirilməsi ilə bağlı vəsatət təqdim edib.
Daha əvvəl “News.am” Spartak Qukasyanın həbs olunduğunu yazsa da, həbs müddəti barədə məlumat verilməmişdi.
Spartak Qukasyanın vəkili Hovhannes Qarakəşişyan isə bir gün əvvəl bildirmişdi ki, məhkəmə iclası müdafiə tərəfinin iştirakı olmadan keçirilib.
Xatırladaq ki, Spartak Qukasyan bir neçə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində keçir və ev dustaqlığında saxlanılırdı.
Lakin ötən il noyabrın 21-də Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində keçirilən iclasdan sonra ona qarşı rabitə və informasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq etmək ittihamı üzrə həbs qətimkan tədbiri seçilmişdi.
Bu ilin aprel ayında Spartak Qukasyanın həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi.
Alpər Mövludoğlu
Ordu.az