Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin “The Washington Post” nəşri yazıb.
Məqalədə bildirilib ki, Rubio İrəvanda kritik əhəmiyyətə malik faydalı qazıntılar sahəsində əməkdaşlıq sazişləri imzalayıb və iyunda keçiriləcək seçkilər öncəsi Ermənistanın qərbyönlü siyasətinə dəstəyini ifadə edib.
“Çərşənbə axşamı ABŞ dövlət katibi Marko Rubio İrəvana səfər edib, burada kritik əhəmiyyətli faydalı qazıntılar sahəsində əməkdaşlıq sazişləri imzalayıb və iyun seçkiləri öncəsi Vaşinqtonun Ermənistanın Qərbyönlü kursuna dəstəyini bir daha təsdiqləyib. Bu, yüksək səviyyəli rəsmilərin növbəti səfəri idi və Ağ Evin Cənubi Qafqaza nə qədər ciddi yanaşdığını göstərir”, - deyə nəşr yazıb.
Qeyd olunub ki, Donald Tramp administrasiyası Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin möhkəmləndirilməsi istiqamətində çalışır.
“Bu prosesin əsasını iki ölkə arasında tranzit dəhlizinin açılması təşkil edir. Gürcüstan isə danışıqlar masasında öz yerini tapmağa çalışır. Şübhəsiz ki, onun Qara dəniz limanları Avropaya yük daşınmasında mühüm rol oynayacaq”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az