Ordu.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Sona Harutyunyan bildirib.
O, “Kommersant” qəzetində yayımlanan məqaləyə münasibət bildirərkən qeyd edib ki, Rusiya tərəfindən Ermənistanla təbii qaz təchizatı sazişinin ləğvi ilə bağlı nazirliyə heç bir məktub və ya bildiriş daxil olmayıb.
Daha əvvəl Ermənistan KİV-ləri yazmışdı ki, Rusiyanın “Kommersant” qəzeti Rusiya energetika naziri Sergey Tsivilyovun Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə ünvanladığı məktuba istinadən məlumat yayıb.
Məlumatda bildirilirdi ki, əgər İrəvan Avropa İttifaqına üzvlük prosesini davam etdirərsə, Rusiya 2013-cü ilin dekabrında imzalanmış təbii qaz, neft məhsulları və işlənməmiş almazların Ermənistana tədarükü ilə bağlı sazişi birtərəfli qaydada dayandıra və ya ləğv edə bilər.
Alpər Mövludoğlu
Ordu.az