Yetərsay olmadığı üçün Ermənistan parlamentinin iclası baş tutmayıb

2026/05/1779869192.jpg
Oxunub: 362     12:01     27 May 2026    
Ermənistan parlamentinin mayın 27-də keçirilməsi nəzərdə tutulan iclası yetərsay olmadığı üçün başlamayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ermənistanın hazırkı çağırış parlamentinin iclasına 107 deputatdan yalnız 3-ü qatılıb.

Məlumata görə, deputatların əksəriyyəti hazırda seçkiqabağı kampaniya ilə məşğul olduqları üçün parlamentə gəlməyiblər.

Qeyd olunub ki, deputatların iclasın keçirilməsi üçün daha 4 saat vaxtı var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament   İclas  


Bizi "telegram"da izləyin