Rusiyanın Odessa vilayətinə raket hücumu nəticəsində üç nəfər yaralanıb

2026/05/16bca-1779773402.jpg
Oxunub: 512     09:27     26 May 2026    
Rusiyanın Odessa şəhərinə gecə saatlarında həyata keçirdiyi raket hücumu nəticəsində üç nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak özünün “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, şəhərin rayonlarından birində infrastruktur obyektlərinə ziyan dəyib.

“Hazırda düşmən hücumu nəticəsində üç nəfərin yaralandığı məlumdur. Onlardan biri ağır vəziyyətdədir. Tibb işçiləri bütün lazımi yardımı göstərirlər”, - deyə Lisak bildirib.

O qeyd edib ki, partlayış dalğası təhsil müəssisəsinin və yaxınlıqdakı yaşayış binalarının pəncərələrinə ziyan vurub.

Rayon administrasiyasının əməkdaşları artıq hadisə yerində araşdırma aparır və dəymiş ziyanın miqyasını qiymətləndirirlər.

Lisak əlavə edib ki, bütün fövqəladə xidmət qurumları hadisə yerində işləyərək hücumun nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Məlumata görə, Odessa vilayətində 150 mindən çox bolqar yaşayır və onlar Ukraynadakı son rəsmi siyahıyaalmanın nəticələrinə əsasən üçüncü ən böyük icmanı təşkil edirlər.

Odessa şəhərinin özündə isə təxminən 50-60 min bolqar yaşayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Odessa  


Bizi "telegram"da izləyin