Putin xaricdəki Rusiya vətəndaşlarının müdafiəsi üçün ordudan istifadəyə icazə verən qanunu imzalayıb

2026/05/1779729749.jpg
Oxunub: 472     21:19     25 May 2026    
Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrdə Rusiya vətəndaşlarının həbsi və ya təqibi zamanı rus ordusunun istifadəsinə icazə verən qanunu imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, yeni qanun Rusiya prezidentinə Rusiya Silahlı Qüvvələrinin bölmələrini ölkə vətəndaşlarını xarici və beynəlxalq məhkəmələrin təqibindən qorumaq məqsədilə göndərmək səlahiyyəti verir.

Sənəddə qeyd olunub ki, söhbət Rusiyanın iştirakı olmadan fəaliyyət göstərən və müəyyən səlahiyyətlərə malik xarici və beynəlxalq məhkəmələrdən gedir.

Qanuna əsasən, Rusiya vətəndaşlarının başqa ölkələrdə həbs olunması, cinayət və digər təqiblərə məruz qalması hallarında dövlət orqanları da prezidentin qərarı ilə müdafiə tədbirləri həyata keçirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin