Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Hakimiyyət nümayəndələri bildiriblər ki, qərar yardımların sui-istifadəsi halları və qaçqınların yerli əhali ilə müqayisədə üstünlüklərə malik olması barədə ictimai narazılıqlarla əlaqədardır.
Çexiyanın daxili işlər naziri Lyubomir Metnar mətbuat konfransında bildirib ki, mart ayına olan məlumata görə, 10 milyon əhalisi olan ölkə 385 min ukraynalı qaçqın qəbul edib.
Avropa İttifaqı daha əvvəl Çexiyanın Avropa İttifaqında adambaşına ən çox ukraynalı qaçqın qəbul edən ölkə olduğunu açıqlamışdı.
Metnar qeyd edib ki, hökumət humanitar yardım və yaşayış icazəsi qaydalarını sərtləşdirərək ölkədə daimi yaşamayan şəxsləri proqramdan kənarlaşdırmaq niyyətindədir.
Onun sözlərinə görə, bu addım həm yardım sistemindən, həm də qaçqın statusundan sui-istifadənin qarşısını almağa imkan verəcək.
Bundan əlavə, hakimiyyət Ukrayna dövlət nömrə nişanlı avtomobillərin məcburi texniki baxışdan azad olunması ilə bağlı normanı da ləğv edəcək.
Qeyd olunub ki, qanun layihələri hələ parlament tərəfindən təsdiqlənməlidir.
Metnar əlavə edib ki, 2027-ci ilin martından sonra qaçqınların müvəqqəti müdafiə statusunun uzadılması ilə bağlı Avropa İttifaqı daxilində aparılan müzakirələr çərçivəsində müdafiə olunan şəxslərin dairəsinin daraldılması da nəzərdən keçirilə bilər.
Məlumata görə, Ukraynada həm hərbi kadr çatışmazlığı, həm də dağıdılmış infrastrukturun bərpası üçün insan resurslarına ehtiyac səbəbindən çağırış yaşında olan kişilərin siyahıdan çıxarılması təklif olunur.
Sevinc Əliyeva
Ordu.az