Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“İranla razılaşma ya böyük və məzmunlu olacaq, ya da ümumiyyətlə olmayacaq. Bu razılaşma ABŞ-nin keçmiş prezidenti Barak Obama administrasiyasının hazırladığı uğursuz sazişdən, Birgə Hərtərəfli Fəaliyyət Planından tamamilə fərqlənəcək”, - deyə Tramp qeyd edib.
ABŞ Prezidenti bildirib ki, həmin saziş İranın nüvə silahı əldə etməsinə yol açırdı və hazırkı administrasiya buna imkan verməyəcək.
Tramp həmçinin ABŞ ilə İran arasında mümkün yeni razılaşmanın perspektivlərinə şübhə ilə yanaşan Demokratlar Partiyasının nümayəndələrini tənqid edib.
Sevinc Əliyeva
Ordu.az