Medvedev: “Paşinyan Rusiya ilə münasibətləri pozmaq yolunu seçib”

2024/11/1732769557.jpg
Oxunub: 353     12:05     25 May 2026    
““Paşinyan Rusiya ilə münasibətləri pozmaq yolunu seçib və bunu sadəcə qəbul etmək lazımdır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “RİA Novosti” agentliyinin sualını cavablandırarkən deyib.

O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri pozmaq kursu götürüb və bunu sadəcə qəbul etmək lazımdır.

Daha əvvəl Medvedev qeyd etmişdi ki, Paşinyan bir tərəfdən İrəvanı Avropa İttifaqına doğru “çəkməyə”, digər tərəfdən isə Avrasiya İqtisadi Birliyinə üzvlükdən əldə olunan üstünlükləri qoruyub saxlamağa çalışaraq Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi “kresloları arasında ağrılı eniş” edə bilər.

“Bir Nikol Paşinyan Rusiya ilə münasibətləri pozmaq yolunu seçib və bunu birbaşa qəbul etmək lazımdır. Ona elə gəlir ki, müxtəlif siyasi axınlar arasında manevr edərək Qərbdə saxta nüfuz qazana bilər və bunun naminə ölkəmizlə münasibətləri qurban verir”, - deyə Medvedev bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   Paşinyan  


Bizi "telegram"da izləyin