Azərbaycan XİN Pakistana başsağlığı verib

2025/11/1763122520.jpg
Oxunub: 328     13:56     24 May 2026    
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanların faciəvi şəkildə həlak olması və bir çoxlarının yaralanması ilə nəticələnən mənfur terror hücumunu qətiyyətlə pisləyirik.

Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda bildirilib.

"Bu cür terror aktlarına heç vaxt bəraət qazandırıla bilməz", - XİN-dən qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   XİN   Pakistan  


Bizi "telegram"da izləyin