Ordu.az xəbər verir ki, bu atış “Leclerc” tankının pilotsuz uçuş aparatlarına qarşı imkanlarını da nümayiş etdirib.
Məlumata görə, tankın lüləsindən səsdən yüksək sürətlə çıxan yüzlərlə volfram kürəcik hədəfi dəqiq vuraraq yerə salıb.
Atış Strasburq Fransa Hərbi Valisi və 2-ci Zirehli Briqadanın komandanı tərəfindən rəsmi şəkildə təsdiqlənib.
Orta Şərqdəki münaqişələrdən əldə edilən təcrübələr əsasında 5-ci Zirehli Alay “Leclerc” tankının atış doktrinasını və 120 mm OEFC sursatını pilotsuz uçuş aparatlarını məhv edəcək formada uyğunlaşdırıb.
Sınaq şərtlərinin olduqca mürəkkəb olduğu qeyd olunub. Pilotsuz uçuş aparatı tankın atış oxuna tam perpendikulyar istiqamətdə yaxınlaşıb. Hədəf xətti olmayan və nizamsız uçuş trayektoriyası izləyib. Daha kiçik və partlayıcı və ya yanacaq daşımayan pilotsuz uçuş aparatı seçilib.
Uçuş isə döyüş şəraitindən daha yüksək hündürlükdə həyata keçirilib. Qeyd olunub ki, bu sınaqlarla “Leclerc” tankı birbaşa pilotsuz uçuş aparatlarına qarşı mübarizə konsepsiyasına daxil olub.
Sevinc Əliyeva
Ordu.az