ABŞ Ukraynaya “Hawk” raket sisteminin satışını təsdiqləyib

2026/05/hawk--1779514242.jpg
Oxunub: 419     09:34     23 May 2026    
ABŞ Dövlət Departamenti Ukraynaya 108,1 milyon dollar dəyərində “Hawk” raket sisteminin satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Məlumata görə, 108,1 milyon dollarlıq mümkün satış paketinə qoşqu platformaları, mühüm modifikasiyalar, texniki xidmət dəstəyi, ehtiyat hissələri, sərf materialları, aksesuarlar, texniki xidmət və geri qaytarma dəstəyi daxildir.

Açıqlamada bildirilib ki, bu satış paketi Ukraynanın mövcud və gələcək təhdidlərə qarşı mübarizə imkanlarını artıracaq.

Qeyd olunub ki, ABŞ Dövlət Departamentinin təsdiqindən sonra satışın ABŞ Konqresi tərəfindən də təsdiqlənməsi tələb olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin