Yaxın Şərqdə mayın 23-ü səhər saatlarınadək baş verən əsas hadisələr açıqlanıb

2026/03/1774243799.jpg
Oxunub: 398     09:10     23 May 2026    
Yaxın Şərqdə vəziyyət gərgin və qeyri-sabit olaraq qalır. İslamabadda İran və ABŞ arasında aparılan danışıqlarla bağlı yayılan məlumatlar yalnız tərəflər arasında dialoq qurmaq cəhdlərini əks etdirir və təmaslar hələlik nəticə verməyib.

Məlumata görə, İsrail elan edilmiş atəşkəsə baxmayaraq Livan ərazisinə zərbələr endirməyə davam edir ki, bu da atəşkəs rejiminin faktiki pozulmasını göstərir. Bölgədə uzunmüddətli eskalasiya davam edir və vəziyyətin daha da gərginləşməsi riski qalmaqdadır.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmayıl Bəqai bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməsi ilə bağlı hər hansı tələb mənasızdır. “İranda yüksək zənginləşdirilmiş uranla bağlı detallara varmağa çalışsaq, heç bir nəticəyə gəlməyəcəyik”, - deyə o bildirib.

“Fox News” telekanalına danışan rəsmi şəxs isə bildirib ki, Qətərin danışıqlar qrupu cümə və şənbə günləri Tehranda olacaq və ABŞ-yə müharibəni dayandıracaq yekun razılaşmanın əldə olunmasına kömək etməyə çalışacaq.

“Al Jazeera” telekanalına danışan iranlı rəsmi isə bütün cəbhələrdə müharibənin dayandırılmasının gələcək danışıqların aparılması üçün əsas şərt olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Tehran və Vaşinqton arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində iş aparılır, lakin yekun razılaşma hələ əldə edilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq  


Bizi "telegram"da izləyin