“Al Jazeera”: Tehranda danışıqlar aparan tərəflər razılaşmaya çox yaxındır

2026/04/1777437793.jpg
Oxunub: 373     09:02     22 May 2026    
“Al Jazeera” telekanalı Pakistanın yüksəkvəzifəli rəsmilərinin intensiv vasitəçilik fəaliyyəti barədə məlumat yayıb.

Ordu.az xəbər verir ki, Pakistanın daxili işlər naziri hazırda Tehrandadır və bu, onun bir həftə ərzində ikinci səfəridir.

Telekanalın məlumatına görə, bu, vasitəçilərin xüsusilə Hörmüz boğazı ilə bağlı hər hansı eskalasiyanın qarşısını almaq üçün hazırda qətiyyətli fəaliyyət göstərdiyinə dair mühüm siqnaldır.

İranın yüksəkvəzifəli rəsmilərindən biri “Al Jazeera”ya bildirib ki, danışıqlar aparan tərəflər razılaşmaya çox yaxındır və hazırda mətn layihəsi üzərində işləyirlər.

Eyni zamanda digər mənbə yekun və ciddi razılaşmanın əldə olunmasının mümkün olub-olmadığını qiymətləndirmək üçün hələ tez olduğunu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   İran  


Bizi "telegram"da izləyin