Tramp Polşaya 5 min ABŞ hərbçisinin göndəriləcəyini açıqlayıb

2026/05/1779291500.jpg
Oxunub: 459     02:17     22 May 2026    
Amerika Prezidenti Donald Tramp ABŞ-nin Polşaya əlavə olaraq 5 min hərbçi göndərəcəyini bildirib.

Ordu.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Dəstəkləməkdən qürur duyduğum Polşanın hazırkı prezidenti Karol Navrotskinin uğurla seçilməsini və onunla olan münasibətlərimizi nəzərə alaraq ABŞ-nin Polşaya əlavə 5 min hərbçi göndərəcəyini elan etməkdən məmnunam", - Amerika lideri yazıb.

Daha əvvəl Pentaqonun mətbuat katibi Şon Parnell "X" sosial şəbəkəsində ABŞ-nin Amerika qoşunlarının Polşada yerləşdirilməsi prosesini təxirə saldığını bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Polşa  


Bizi "telegram"da izləyin