Ordu.az xəbər verir ki, bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, bu şəxslər Livanda sülh prosesinə mane olur və qruplaşmanın tərk-silah edilməsinə qarşı çıxırlar.
"Hizbullah"la əlaqəli bu vəzifəli şəxslər Livanın parlamentində, ordusunda və təhlükəsizlik sektorunda mövqelər tutur və orada nüfuzlarını qoruyub saxlamağa çalışırlar", - məlumatda bildirilib.
Qeyd olunub ki, "Hizbullah"ın davam edən hərbi fəaliyyəti və dövlətə məcburedici təsiri Livan hökumətinin dövlət institutları üzərində hakimiyyətini bərqərar etmək və terrorçu qruplaşmanı tərk-silah etmək imkanlarını sarsıdır.
Ordu.az