Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
Rubio xüsusilə İspaniyanın Tramp administrasiyasına İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatları zamanı öz hərbi bazalarından istifadəyə icazə verməməsinə diqqət çəkib.
ABŞ rəsmisi qeyd edib ki, bu vəziyyət Vaşinqtonun NATO alyansına qarşı artan narazılığı fonunda baş verir.
“Bilirəm ki, NATO Avropa üçün niyə faydalıdır, amma NATO ABŞ üçün niyə faydalıdır? Çünki bu alyans bizə regionda bazalar verir və bu bazalar Yaxın Şərqdə və ya başqa bölgələrdə fövqəladə hallarda güc tətbiq etməyə imkan yaradır. Əgər NATO-da olmağın əsas səbəbi budursa və sonra İspaniya kimi ölkələr həmin bazalardan istifadəyə icazə vermirsə, onda niyə NATO-dasınız? Bu, çox ədalətli sualdır”, - deyə Tramp bildirib.
Sevinc Əliyeva
Ordu.az