Peskov: “Si Cinpin çay süfrəsi arxasında Putinə Trampın Çin səfəri barədə danışıb”

2026/05/1779385081.jpg
Oxunub: 364     21:28     21 May 2026    
Çin Prezidenti Si Cinpin qeyri-rəsmi çay görüşü zamanı Rusiya Prezidenti Vladimir Putinə ABŞ Prezidenti Donald Trampın Çin səfəri ilə bağlı məlumat verib.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi Kremlin sözçüsü Dmitri Peskova istinadən məlumat yayıb.

Peskov jurnalistlərə açıqlamasında bildirib ki, liderlər arasında çox ətraflı söhbət baş tutub.

“Əlbəttə ki, Trampın səfəri ilə bağlı məlumat paylaşdı. Çox ətraflı müzakirə oldu”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Cinpin   Putin  


Bizi "telegram"da izləyin