Ordu.az xəbər verir ki, Köçəryan bu barədə media nümayəndələri ilə söhbəti zamanı danışıb.
O bildirib ki, biometrik pasportun olması vizanın tələb olunmadığı anlamına gəlmir.
“Söhbət tamamilə yalandan gedir. Biomterik pasport vizasız rejim demək deyil”, - deyə erməni siyasətçi vurğulayıb.
Köçəryan xatırladıb ki, Ermənistanda biometrik pasportların verilməsi prosesi əvvəllər başlanmışdı, lakin hazırkı hakimiyyət bu prosesi dayandırıb.
O, həmçinin yüksək vəzifəli məmurların böyük maaşları ilə bağlı suala cavab verərək bildirib ki, nazirlərlə mütəxəssislər arasında bu qədər ciddi maaş fərqi olmamalıdır.
Alpər Mövludoğlu
Ordu.az