Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Lukaşenko bu açıqlamanı Rusiya ilə birgə nüvə qüvvələri təlimindən sonra verib.
Onun sözlərinə görə, Belarusa qarşı hər hansı hücum və ya aqressiya halında dərhal bütün silah növləri ilə cavab veriləcək.
“Əgər bizə hücum olunsa, dərhal bütün silah növləri ilə cavab veriləcək. Əks halda, biz bu silahları niyə saxlayırıq?”, - deyə Lukaşenko bildirib.
Belarus lideri vurğulayıb ki, ölkəsi heç kimə təhdid yaratmaq niyyətində deyil, lakin öz təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə etməyə hazırdır.
Sevinc Əliyeva
Ordu.az