Ordu.az xəbər verir ki, bu barədə “Naftoqaz”ın idarə heyətinin sədri Sergey Koretski açıqlama verib.
“Bu, xarici məhkəmənin arbitraj qərarının ayrıca yurisdiksiya çərçivəsində məcburi icrasına icazə verən ilk ictimai qərarıdır”, - deyə Koretski bildirib.
O vurğulayıb ki, Ukrayna şirkəti Rusiya qaz inhisarçısından həmin məbləğin alınması istiqamətində sistemli işini davam etdirəcək.
“Naftoqaz” və “Qazprom” arasında mübahisə 2019-cu ildə imzalanmış və Rusiya qazının Ukrayna ərazisindən tranzitini nəzərdə tutan müqavilədən qaynaqlanıb.
2022-ci ildə müharibə başlayandan sonra Luqansk vilayətindəki “Soxranovka” stansiyası vasitəsilə tranzit dayandırılıb, lakin “Sudja” məntəqəsi üzərindən tədarük davam edib.
“Naftoqaz” bildirib ki, bunun nəticəsində Rusiya şirkəti müqavilədə nəzərdə tutulan xidmətlərə görə tam ödəniş etməyi dayandırıb. 2022-ci ilin sentyabrında Ukrayna tərəfi İsveçrədə arbitraj prosesinə başlayıb.
2025-ci ilin iyununda arbitraj “Qazprom”u 1,4 milyard dollar borcu və məhkəmə xərclərini ödəməyə məcbur edib. Rusiya tərəfi qərardan şikayət verməyə çalışsa da, İsveçrə Federal Məhkəməsi 2026-cı ilin martında qərarı qüvvədə saxlayıb.
Reuters-in hesablamalarına görə, Ukraynada müharibə başlayandan etibarən “Qazprom”un keçmiş tərəfdaşlarının ümumi tələbləri ən azı 19,5 milyard avro təşkil edir.
Müqavilə öhdəliklərinin pozulması əsasında “Qazprom”a qarşı “Naftoqaz”, Finlandiyanın “Gasum”, Fransanın “Engie”, İtaliyanın “Eni”, Slovakiyanın “ZSE Energia”, Avstriyanın “OMV”, Almaniyanın “RWE” və “Unipro”, Çexiyanın “Net4gas” və “Innogy Energie”, Niderlandın “Gasunie Transport Services” və “BBL Company V.O.F”, İsveçrənin “DXT Commodities” və Yunanıstanın “DEPA” şirkətləri tərəfindən iddialar qaldırılıb.
Sevinc Əliyeva
Ordu.az