Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Ərdoğan İranla atəşkəs rejiminin uzadılması barədə qərarı müsbət inkişaf adlandırıb və əlavə edib ki, onun fikrincə, mübahisəli məsələlərin ağlabatan həlli mümkündür. O, Türkiyənin regionda davam edən münaqişələrin nizamlanmasına yönəlmiş konstruktiv səyləri dəstəkləməyə davam edəcəyini bildirib.
Açıqlamada atəşkəs razılaşmasında hansı tərəflərin iştirak etdiyi, eləcə də mübahisəli məsələlərin mahiyyəti barədə əlavə məlumat verilməyib.
Türkiyə Prezidenti Suriyada sabitliyin möhkəmləndirilməsinin bütün region üçün mühüm nailiyyətə çevriləcəyini vurğulayıb və Ankaranın Suriyaya davamlı dəstək göstərəcəyini vəd edib.
O, həmçinin Livandakı vəziyyətdən narahatlığını ifadə edərək ölkədə durumun daha da pisləşməsinin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb.
Türkiyə lideri Donald Trampa Ankarada NATO sammitinə hazırlıq prosesinin plan üzrə getdiyinə əminlik verib. O, türk tərəfinin tədbirin yüksək səviyyədə və hərtərəfli uğurla keçirilməsi üçün bütün mümkün resursları səfərbər etdiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az