Pakistanın Baş Qərargah rəisi bu gün İrana səfər edəcək

2026/04/1776364269.jpg
Oxunub: 304     12:40     21 May 2026    
Pakistan ordusunun Baş Qərargah rəisi Asim Münir bu gün İrana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

Səfər Yaxın Şərqdəki münaqişə fonunda Tehran və Vaşinqton arasında danışıqlar və məsləhətləşmələrdə Pakistanın vasitəçiliyi çərçivəsində baş tutacaq.

"Mehr" agentliyinin məlumatına görə, Pakistanın daxili işlər naziri Möhsin Nəqvi İranda səfərdədir. O, İran Prezidenti Məsud Pezeşkian və XİN rəhbəri Abbas Əraqçi ilə danışıqlar aparıb. Digər təfərrüatlar açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İran  


Bizi "telegram"da izləyin