DPA: Merts yaxın gələcəkdə Ukraynanın Avropa İttifaqına üzvlüyünü real hesab etmir

2026/05/1779355932.jpg
Oxunub: 329     13:31     21 May 2026    
Almaniya kansleri Fridrix Merts yaxın vaxtlarda Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların uğurla başa çatmasını real hesab etmir.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi kanslerin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə ünvanladığı məktuba istinadən məlumat yayıb.

“Qısamüddətli perspektivdə üzvlük prosesinin başa çatdırılmasının mümkünsüz olduğu aydındır”, - Almaniyanın “WELT” nəşri agentliyin təqdim etdiyi məktubdan sitat gətirib.

Almaniya kansleri məktubunda bildirib ki, hazırda Ukraynanın Avropa İttifaqına üzvlüyü qarşısında “saysız-hesabsız maneələr” mövcuddur.

O əlavə edib ki, Brüssel və Kiyev arasında müqavilə və konvensiyaların imzalanması prosesində də çətinliklər yarana bilər.

Bununla əlaqədar olaraq Merts Ukraynaya “assosiativ üzv” statusunun verilməsini təklif edib.

Bu status Ukrayna nümayəndələrinə səsvermə hüququ olmadan alyansın əsas qurumlarının işində iştirak etməyə imkan verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   Ukrayna    


Bizi "telegram"da izləyin