Kanada “Leopard 2” tanklarının optik sistemləri üçün HENSOLDT ilə 10 milyon avroluq müqavilə imzaladı

2026/05/1779347940.jpg
Oxunub: 353     11:15     21 May 2026    
Kanada “Leopard 2” əsas döyüş tanklarında istifadə olunan optik və elektro-optik sistemlərin istismarı üçün HENSOLDT ilə təxminən 10 milyon avro dəyərində müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Almaniyanın müdafiə elektronikası şirkəti HENSOLDT-un yaydığı məlumata görə, müqavilə Kanada Silahlı Qüvvələrinin inventarındakı “Leopard 2” tanklarında istifadə olunan kritik nişangah və müşahidə sistemləri üçün ehtiyat hissələrinin tədarükünü əhatə edir.

“Leopard 2”nin “gözləri” dəstəklənəcək

HENSOLDT beynəlxalq “Leopard” istifadəçiləri birliyi LEOBEN çərçivəsində “Leopard 2” tanklarının optik sistemlərini təmin edən əsas şirkətlərdən biri sayılır.

Müqavilə çərçivəsində dəstəklənəcək sistemlər arasında:

PERI R17 A3 komandir periskopu,
ATTICA GL termal görüntüləmə sistemi,
SPECTUS sürücü görmə sistemi,
FERO Z18 optik nişangah,
EMES OPO lazer məsafəölçəni yer alır.


“HENSOLDT Optronik Products Services” şirkətinin rəhbəri Marko Libşer müqavilə ilə bağlı bunları deyib: “İstismar proqramımız çərçivəsində xidmət proseslərini sürətləndirərək sistemlərin istifadə oluna bilmə səviyyəsini artırmağı hədəfləyirik. Məqsədimiz xidmətdən kənarda qalma müddətini azaltmaqla əməliyyat hazırlığı səviyyəsini qorumaqdır”.

HENSOLDT müqavilə çərçivəsində quru və dəniz sistemləri üzrə Kanadadakı servis şəbəkəsini də genişləndirəcəyini açıqlayıb.

Bu addımın Kanada Silahlı Qüvvələrinə daha sürətli texniki dəstək verməyə və xidmət proseslərini yerli səviyyədə daha effektiv şəkildə həyata keçirməyə imkan yaradacağı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Leopard-2   HENSOLDT  


Bizi "telegram"da izləyin