Tramp İrandan “düzgün cavab” almaq üçün daha bir neçə gün gözləməyə hazırdır

2026/05/1779291500.jpg
Oxunub: 483     09:29     21 May 2026    
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran sülh razılaşmasını qəbul etməsə, ABŞ Tehran əleyhinə hücumları davam etdirməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bununla yanaşı, Tramp “düzgün cavablar almaq” üçün daha bir neçə gün gözləməyə hazır olduğunu bildirib. Jurnalistlərlə söhbət zamanı Tramp vəziyyətin sürətlə gərginləşə biləcəyini deyib.

“İnanın, əgər düzgün cavablar almasaq, bu çox sürətlə başa çatacaq. Biz hamımız hərəkətə keçməyə hazırıq”, - deyə o, Endryus birgə hərbi bazasında bildirib.

ABŞ Prezidentindən nə qədər gözləyəcəyi soruşulduqda, Tramp bunun “bir neçə gün çəkə biləcəyini”, lakin prosesin çox tez yekunlaşmasının da mümkün olduğunu qeyd edib.

Öz növbəsində Tehran ABŞ-ni hücumları yenidən başlatmamaq barədə xəbərdar edib.

“Əgər İrana qarşı təcavüz təkrarlanarsa, bu dəfə vəd edilən regional müharibə regionun sərhədlərindən kənara çıxacaq”, - deyə İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında bildirilib.

İran həmçinin Hörmüz boğazının həyati əhəmiyyət daşıyan su yolunda nəqliyyat hərəkətinə nəzarət etmək üçün yeni “Fars Körfəzi Administrasiyası” yaradıb. Tramp İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyinə dair qətiyyətini bir daha təkrarlayıb.

“Biz İran məsələsində yekun mərhələdəyik. Görək nə olacaq. Ya razılaşma əldə edəcəyik, ya da bir qədər xoşagəlməz olacaq bəzi addımlar atacağıq. Ümid edirəm ki, buna ehtiyac qalmayacaq”, - deyə Ağ Ev rəhbəri həmin gün daha əvvəl jurnalistlərə bildirib.

“Mən ideal halda çox insanın yox, mümkün qədər az insanın həlak olmasını istəyirəm. Biz bunu istənilən halda edə bilərik”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin