Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb.
Jurnalistin məlumatına görə, Tramp Netanyahuya ABŞ və İranın imzalaya biləcəyi iddia edilən “niyyət məktubu” ilə bağlı vasitəçilərin gördüyü işlər barədə məlumat verib.
Mənbələrin bildirdiyinə görə, sənəd münaqişənin dayandırılmasını rəsmi şəkildə təsdiqləməli və 30 günlük danışıqlar prosesinə start verməlidir.
Ehtimal olunan danışıqlar zamanı xüsusilə İranın nüvə proqramı, eləcə də Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunması ilə bağlı məsələlərin müzakirə ediləcəyi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az