Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Biz tam düzgün cavablar almalıyıq. Bunlar tam, 100 faiz yaxşı cavablar olmalıdır”, - deyə o, jurnalistlərlə söhbəti zamanı bildirib.
ABŞ liderinin sözlərinə görə, vəziyyət müsbət istiqamətdə inkişaf edərsə, vaxt və insan itkisinin qarşısını almaq mümkün olacaq. O qeyd edib ki, İranla danışıqlar prosesi “sərhəd mərhələsindədir”.
Tramp əlavə edib ki, ABŞ Tehran tərəfinin cavabını daha bir neçə gün gözləməyə hazırdır. Lakin irəliləyiş əldə olunmasa, hadisələr sürətlə inkişaf edə bilər.
Həmin gün ABŞ Prezidenti Vaşinqtonun İran və Hörmüz boğazı ətrafında yaranmış vəziyyətlə bağlı qərar qəbul etməyə tələsmədiyini bildirib. Bununla yanaşı, o, bölgədə gəmiçilik azadlığının qorunmasının və boğazın qısa müddətdə açılmasının vacibliyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az