Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Tramp bildirib ki, vəziyyəti müzakirə etməyi planlaşdırır və “Tayvan məsələsi üzərində işləyir”. Lakin o, əlavə təfərrüat açıqlamayıb. O, həmçinin “bütün tərəflərlə” əlaqə saxladığını və prosesi nəzarətdə saxladığını qeyd edib.
Bu açıqlamanın Vaşinqton və Pekin arasındakı münasibətləri çətinləşdirə biləcəyi bildirilir. Belə ki, Tramp daha əvvəl Çin rəhbərliyi ilə təmasları zamanı münasibətlərin yaxşılaşdırılması istiqamətində çalışırdı. ABŞ və Tayvan administrasiyası liderləri arasında birbaşa rəsmi danışıqlar 1979-cu ildən etibarən demək olar ki, keçirilməyib.
“Politico”nun məlumatına görə, ABŞ və Tayvan administrasiyası prezidentləri arasında istənilən birbaşa təmas ənənəvi olaraq Çinin sərt reaksiyası ilə qarşılanır. Pekin adanı öz ərazisinin bir hissəsi hesab edir. Məqalədə həmçinin qeyd olunub ki, Tayvan məsələsi Tramp və Çin Prezidenti Si Cinpin arasında keçirilən görüşlərdə də müzakirə olunub.
Daha əvvəl bildirilib ki, Tramp administrasiyası Tayvana silah tədarükü müqaviləsinin təsdiqini müvəqqəti olaraq təxirə salıb və bunu Pekinlə danışıqlarda mümkün vasitə kimi istifadə edib.
Sevinc Əliyeva
Ordu.az