İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

2026/05/1779297389.jpg
Oxunub: 346     21:12     20 May 2026    
İsrail Müdafiə Ordusu ən yüksək döyüş hazırlığı vəziyyətindədir və vəziyyətin istənilən inkişafına hazırdır.

Ordu.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir diviziya komandirləri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, İsrail qüvvələri mümkün təhdidlərin qarşısını almaq məqsədilə ölkənin bütün sərhədləri boyunca müdafiə mövqelərini gücləndirir.

“Hazırda İsrail Müdafiə Ordusu ən yüksək döyüş hazırlığı vəziyyətindədir və hadisələrin istənilən inkişafına hazırdır”, - deyə Zamir vurğulayıb.

Baş Qərargah rəisi əlavə edib ki, İsrail hərbçiləri bütün istiqamətlərdə fəaliyyətlərini davam etdirərək qarşı tərəfə maksimum zərər vurmağa və mülki şəxslərlə hərbçilərin təhlükəsizliyini təmin etməyə çalışırlar.

“Yaxın və uzaq cəbhələrdə lazım olduğu qədər fəaliyyət göstərməyə davam edəcəyik”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Ordu  


Bizi "telegram"da izləyin