Ordu.az xəbər verir ki, Tramp İranın hərbi dəniz və hərbi hava qüvvələrinin demək olar ki, məhv edildiyini iddia edib.
“Onlarda artıq hər şey yox olub. Donanmaları artıq yoxdur. Aviasiyaları artıq yoxdur. Demək olar ki, heç nə qalmayıb”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, hazırda əsas məsələ Vaşinqtonun “bunu sona çatdırıb-çatdırmayacağı”, yoxsa İranın razılaşma imzalayıb-imzalamayacağıdır.
“Görək nə baş verəcək”, - deyə Tramp vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az