CNN: ABŞ Trampın vergi bəyannamələrinin yoxlanmasını məhdudlaşdırıb

2026/05/1779294389.jpg
Oxunub: 344     20:24     20 May 2026    
ABŞ Ədliyyə Nazirliyi Daxili Gəlirlər Xidmətinə Donald Tramp və ailə üzvlərinin əvvəlki illərə aid vergi bəyannamələrini yoxlamağı qadağan edib.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, qərar Trampın vergi məlumatlarının sızdırılması ilə bağlı IRS-ə qarşı qaldırdığı iddianın nizamlanması çərçivəsində qəbul olunub.

Məlumata görə, Tramp ilkin olaraq vergi xidmətindən 10 milyard dollar məbləğində təzminat tələb edib.

Razılaşmanın ilk variantında Ədliyyə Nazirliyi Tramp tərəfdarlarına ödəniş etmək məqsədilə 1,8 milyard dollarlıq fondun yaradıldığını açıqlayıb.

Daha sonra yayımlanan əlavə sənəddə ABŞ-nin Trampa qarşı vergi tələblərindən imtina etdiyi və gələcəkdə oxşar iddiaların qaldırılmasının mümkünsüz olduğu bildirilib.

Qeyd olunub ki, məhdudiyyət yalnız əvvəlki vergi dövrlərinə aiddir və gələcək bəyannamələri əhatə etmir.

Bir sıra demokrat siyasətçilər bu qərarı “korrupsiya xarakterli” adlandırıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp  


Bizi "telegram"da izləyin