Fransa İsrail səfirini XİN-ə çağırıb

2026/05/1779291932.jpg
Oxunub: 333     19:39     20 May 2026    
Fransa Qəzza zolağına doğru hərəkət edən donanmanın fəallarına qarşı sərt rəftarın əks olunduğu görüntülərlə bağlı İsrail səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Ordu.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Baro açıqlayıb.

O, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin beynəlxalq fəallara münasibətini “qəbuledilməz” adlandırıb.

“Fransadakı İsrail səfirinin çağırılması, narazılığımızın ifadə olunması və izahat alınması barədə göstəriş vermişəm”, - deyə Baro “X” sosial şəbəkəsində yazıb.

Nazir vurğulayıb ki, Fransa vətəndaşlarının təhlükəsizliyi prioritet məsələdir.

Bununla yanaşı, Fransa tərəfi donanma təşkilatçılarının metodları ilə razılaşmasa da, saxlanılan Fransa vətəndaşlarına hörmətlə yanaşılmalı və onların mümkün qədər tez azad edilməli olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İsrail  


Bizi "telegram"da izləyin