Tramp: “ABŞ faktiki olaraq İranı nəzarətə götürüb”

2026/05/1779291500.jpg
Oxunub: 346     19:34     20 May 2026    
ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus aviabazasında jurnalistlərlə söhbəti zamanı İranla bağlı danışıqlar prosesinə münasibət bildirib.

Ordu.az xəbər verir ki, Tramp prosesin gözlənildiyindən uzun çəkib-çəkmədiyi ilə bağlı suala cavab verərkən vəziyyəti ABŞ-nin Əfqanıstan və Vyetnamdakı hərbi əməliyyatları ilə müqayisə edib.

“Mən bu prosesin içindəyəm artıq üç aydır və vaxtın böyük hissəsində atəşkəs rejimi qüvvədə olub. Biz buna bir şans verəcəyik. Mən tələsmirəm”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton artıq faktiki olaraq İranı nəzarət altına alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin