Fransa Ukrayna məsələsi üzrə “könüllülər koalisiyası” ölkələrini Bastiliyanın alınması günü münasibətilə keçiriləcək tədbirə dəvət edib

2026/01/1767843541.jpg
Oxunub: 320     09:10     20 May 2026    
Fransa Ukrayna üzrə “könüllülər koalisiyası”na daxil olan Avropa dövlətlərini iyulun 14-də keçiriləcək Bastiliyanın alınması günü münasibətilə təşkil olunacaq tədbirə dəvət edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi rəsmi dəvət məktubuna istinadən məlumat yayıb.

Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi koalisiya əsasən Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlamağa çalışan Avropa ölkələrindən ibarətdir.

Dəvət məktubunda qeyd olunub ki, 2026-cı ildə Bastiliyanın alınması günü münasibətilə keçiriləcək tədbirlər “Avropanın strateji oyanışı” şüarı altında baş tutacaq.

Məlumata görə, bu addım transatlantik münasibətlərdə artan gərginlik, xüsusilə İran ətrafında davam edən müharibə fonunda atılır.

İllik hərbi parad bu il Fransa prezidenti Emmanuel Makron üçün vəzifəsindən ayrılmadan əvvəl sonuncu olacaq.

Tədbirin Ukraynaya siyasi dəstəyi nümayiş etdirməli olduğu, eyni zamanda müharibənin yaxın zamanda başa çatması perspektivlərinin hələ də qeyri-müəyyən qaldığı vurğulanıb.

Qeyd olunub ki, 2025-ci il noyabr ayından etibarən koalisiya Fransa komandanlığının nəzarəti altındadır və iyul ayında rəhbərlik Böyük Britaniyaya keçməlidir.

Təxminən 25 ölkə artıq Ukrayna üçün nəzərdə tutulan gələcək çoxtərəfli missiyada iştirak etməyə hazır olduğunu bildirib. Həmin missiya Ukrayna ərazisində qoşun yerləşdirilməsini də əhatə edə bilər.

Hərbi rəsmilər belə bir missiyaya hazırlığın başa çatdığını və atəşkəs rejimi tətbiq olunacağı təqdirdə qüvvələrin yerləşdirilməyə hazır olduğunu bildiriblər.

Bununla yanaşı, planın detalları hələ açıqlanmır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna  


Bizi "telegram"da izləyin