Rusiyada bir gecədə Ukraynaya məxsus 376 PUA məhv edilib

2026/06/1780727263.jpg
Oxunub: 223     10:27     06 İyun 2026    
Rusiya Müdafiə Nazirliyi ötən gecə hava hücumundan müdafiə vasitələrinin Ukraynaya məxsus 376 təyyarə tipli Pilotsuz Uçuş Aparatını (PUA) aşkar edərək məhv etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya hərbçilərinin məlumatına görə, PUA-lar Belqorod, Bryansk, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Oryol, Pskov, Rostov, Ryazan, Smolensk, Tver, Tula və Moskva vilayətləri, həmçinin Krım, Abxaziya, Azov dənizi və Qara dəniz üzərində vurulub.

Nazirliyin açıqlamasında qeyd olunub ki, bütün hədəflər növbətçi hava hücumundan müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin