ABŞ Yeni Zelandiyaya 1,5 milyard dollar dəyərində dəniz helikopterlərinin satışını təsdiqləyib

2023/10/MH-60-5092326528.jpg
Oxunub: 256     09:54     06 İyun 2026    
ABŞ Yeni Zelandiyaya 1,5 milyard dollar dəyərində beş "Seahawk" dəniz helikopterinin satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" ABŞ Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb.

Daha əvvəl Yeni Zelandiya hökuməti müdafiə imkanlarını gücləndirmək üçün hərbi xərcləri, demək olar ki, iki dəfə artıracağını vəd etmişdi.

"ABŞ Dövlət Departamenti Yeni Zelandiyaya beş ədəd MH-60R "Seahawk" çoxməqsədli helikopterinin və əlaqəli avadanlıqların satışını rəsmən təsdiqləyib", - qurumun iyunun 5-də dərc olunmuş bəyanatında bildirilib.

Agentlik qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa və Asiya-Sakit okean regionundakı müttəfiqlərinə təzyiq göstərərək onları hərbi xərcləri artırmağa çağırır.

"Nəzərdə tutulan sövdələşmə kritik əhəmiyyətli infrastrukturun etibarlı şəkildə qorunmasını təmin edərək Yeni Zelandiyanın mövcud və gələcək hərbi təhdidlərə qarşı gəlmək qabiliyyətini artıracaq", - Dövlət Departamentindən bildirilib.

Agentlik xatırladıb ki, "Seahawk" helikopterlərinin alınması Yeni Zelandiya hökumətinin 2025-ci ildə təqdim etdiyi müdafiə planının bir hissəsidir. Sənəd dörd il ərzində hərbi xərclərin artırılmasını və səkkiz il ərzində müdafiə büdcəsinin, demək olar ki, iki dəfə artaraq ÜDM-in 2 %-nə çatdırılmasını nəzərdə tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Seahawk   ABŞ   Yeni-Zelandiya  


Bizi "telegram"da izləyin