İndoneziyanın Bakıdakı səfiri Qarabağı postmünaqişə inkişafının dayanıqlı nümunəsi adlandırıb

2026/05/Ekran-1779188575.jpg
Oxunub: 305     14:12     19 May 2026    
Qarabağ postmünaqişə çağırışlarını dayanıqlı inkişaf imkanlarına necə çevirməyin mümkün olduğuna dair bir nümunədir.

Ordu.az xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Bakıda Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində qeyri-sabit və münaqişələrdən təsirlənmiş regionlarda iqlim çağırışlarına və şəhər həllərinə həsr olunmuş panel sessiyasında bildirib.

Onun sözlərinə görə, İndoneziya iqlim dayanıqlılığının və "sülhyönümlü" bərpa və yenidənqurma prosesinin kompleks yanaşma əsasında irəlilədilməsi üzrə səyləri alqışlayır.

"Biz təklif olunan "Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məntəqələri" (4SRP) paketinə qeyri-sabitlik şəraitində iqlim dəyişikliyi, sülh quruculuğu və davamlı şəhər inkişafı sahələrində qarşılıqlı əlaqəli problemlərin həlli üçün mühüm əsas kimi baxırıq. İndoneziya bu təşəbbüsü tam dəstəkləyir", - Helmi deyib.

Səfir, həmçinin Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini yüksək qiymətləndirib.

"Mən Qarabağa səfər etdim və regiondakı dəyişikliklərin sürətli tempi məndə böyük təəssürat yaratdı. Bu səylər UN-Habitat tərəfindən təşviq edilən innovativ və inklüziv bərpanın nümunəsidir və münaqişədən sonrakı çağırışların davamlı inkişaf imkanlarına necə çevrilə biləcəyini nümayiş etdirir", - diplomat qeyd edib.

O əlavə edib ki, İndoneziya iqlimə davamlı və "sülhyönümlü" şəhər həlləri sahəsində dialoqun, təcrübə mübadiləsinin və beynəlxalq əməkdaşlığın dəstəklənməsinə sadiq qalır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin